|
Məhəmməd Füzuli BƏNGÜ-BADƏ BAŞƏD İN VƏSFİ-SAQİYİ-DÖVRAN Saqiya! Badə sun ki, fürsətdir, Bizə fürsət bu gün qənimətdir. Lalə tək qoymağıl əlindən ñam, Var ikən fürsət, eylə eyş müdam. Nərgisi gör ki, nəşəsi getməz, Başı gedərsə tərki-ñan etməz. Sən dəxi añiz olma, ñanın var, Ñanın olduqña badə tut zinhar. İstəsən kim, mey abi-kövsər ola, Ol sənə müttəsil müyəssər ola. Bəzmi-ali-Əlidə məskən tut, Məstlər kimi, özgə bəzmin unut. İBTİDAİ-HEKAYƏTİ-MEYÜ BƏNG Saqiya, bilməzəm mənim nəmdir, Həmdəmim qüssə, məhrəmim qəmdir. Qəm meyi-ləl axıtdı yaşımdan, Qüssə bəngim uçurdu başımdan. Kəlləxüşk olmağım çü Bəng yetər Bir əyağ ilə qıl dimağimi tər, Ta sənə bir əñəb hekayət edim, Bəng ilə Badədən rəvayət edim: * * * Bir gün əyyami-növbahardə mən Tutmuş idim çü lalə tərfi-çəmən. Səbzəvü gül solumda, sağımda, Bəng başımda, mey əyağımda. Bəng tək nəşə ilə başım xoş, Bəngü mey hazirü məaşım xoş. Bağ həm ğeyrəti-behişti-bərin, Bəzm qurmuş ñəhanə xüld ayin, Ləli-tərdən nəsimi-ənbərbu, Ğönçə minasın eyləmiş məmlu. Nüql ilə dolmuş idi gül təbəqi, Qürsi-limu töküb səmən vərəqi. Doldurub saqiyi-səba hər dəm, Ñami-gül içrə badeyi-şəbnəm. Bülbüli-xəstədən aparmış huş, Qümriyi-zarı eyləmiş mədhuş. Yasəmən doldurub sürahiyi-zər. Zərdñə badə ilə vəqti-səhər, Səbzəni etmiş eylə la yəqil Ki, düşüb ñuyə rəxtin etmiş gil. DƏR SİFATİ-ŞƏRABÜ SÖHBƏTİ - U Gördüm ol bəzm içində bir məhbub, Surəti xubü sirəti mərğub. Türfə adı zəmanə məşhuri, Ləqəbi Badə, əsli ənguri. Sifət ilən qərineyi-xurşid, Nütfeyi-Ñəm, sülaleyi-Ñəmşid. Etmiş ol Badeyi-Süheyl xəvas, Neçə həmdəmlər ilə söhbəti-xas. Hazirü ñəm xidmətində çü ñam, Ərəqü Buzəvü Nəbid tamam. Gərm ikən məñlis içrə nuşanuş, Ötərək məst olub Mey etdi xüruş Ki: - Mənəm hər nə var ona fayiq, Xidməti-xəlqdir mənə layiq! Olamı kimsə göstərə ñürət, Mənə endirməyə səri-taət. Badə qılğañ şüñaət izharın, Gərm edib zərqü laf bazarın. SÜXƏNİ-SAQİYÜ İHANƏTİ - U Dizi üstə çöküb rəvan Saqi Dedi: - Ey Badə, işrətin baqi! Dün ki, məhrum idim ñəmalindən, Düşmüş idim ñüda visalindən; İstər idim səni gəhü bigah, Bir əñəb bəzmə uğradım nagah, Sədri-bəzm olmuş onda bir sərhəng, Sərkəşü səbzpuşü sufi rəng, Zahirin xub gördüm öylə ki, var, Batini həm deyildi biəsrar. Dəvi eylər ki, «Xəzrdir mənə pir, Ondan aldım dua ilə təkbir». Bir zaman mən ona ki, həmdəm idim Bitəkəllüf ki, şadü xürrəm idim. Söhbəti dülgüşa, özü xoşxu, Leyk ğayətdə zərqü lafi ulu. Urar ol həm yeganəlikdən dəm, Der ki: «Aləmdə hər nə var mənəm». Belə kim, mənlik eylər ol nakəs, Baş çəkən səndən özgə oldur bəs. * * * Qatı məğrurü xudpərəst idi Mey, Axiri-məñlis idi, məst idi Mey. Zuri-dəstinə etimad etdi, Nasəza ilə Bəngi yad etdi. Tündü təlx oldu ol hekayətdən, Qəzəbü qəhri artdı ğayətdən. ĞƏZƏBİ - MEY BE SAQİYİ-SADƏ Dedi: - Ey saqiyi-rəkiksüxən. Bu nə sözdür məgər ki, bəngisən? Anladım böylə rəngi-ruyindən. Bu dilaranə göftü guyindən Ki, xəyali-nifaq edibsən sən, Bəng ilə ittifaq edibsən sən, Bu aradan məni götürmək üçün. Onu bir dövlətə yetirmək üçün. Görəyim ol xəyali xam olsun, İltifatım sənə haram olsun. Neçə yerlərdə gördüm, ey ovbaş, Səni əgri və qılmadım elə faş. İmdi naçar üzinə çıxdım, Səndən oldu ki, könlüni yıxdım Durma, dur imdi ər müvafiq isən, Nüql tək söhbətimdə sadiq isən, Dediyin sərgəşin gətir başın, Dəstgir eylə yarü yoldaşın! * * * Saqi ol işdə tapdı heyranlıq, Çəkdi ol qissədən pəşimanlıq. Qıldı məkr ilə ol şər işdə hiyəl; Dedi: - Məstəm, aman mənə bu məhəl! Sübhdəm kim, düşə güzarım ona, Varayım, yazayim xumarım ona. Onu daş ilə səngsar edəyin, Sındırıb ñismini qubar edəyin. Badə tünd oldu ol təəllüldən, Bir ğərəz anladı təğafüldən. Saqiyi tutdu Mey, yaman tutdu, Belə tutar, kimi ki, qan tutdu. Oldu saqi Meyin giriftari, Faş edən böylə olur əsrari. ƏZMİ-TƏDBİR KƏRDƏNİ-BADƏ Saqiya, qılma tərki-badeyi-nab, İstəsən, Meydən istə fəthül-bab. Meydir ayineyi-ñəmalül-lah, Zinhar, ondan eyləmə ikrah. Bir qədər başla, nəşəm eylə təmam Ki, tapam qüvvəti-ədayi-kəlam. Saqi olğañ əsirü Mey müztər, Atəşi-fitnə çəkdi şöleyi-şər. Yığdı yaninə Badə-əshabın, Açdı tədbiri-dövlət əbvabın. Ki, bu dəklü fəsadə çarə nədir, Çarə ol zişti-nabəkarə nədir? MƏSLƏHƏT DİDƏNİ-ƏRƏB BA MEY Dedi əvvəl Ərəq ki: - Ey Meyi-nab! Qılma nəşə xəyali ilə şitab. Şahsən, xəsmə çakəp etmə özün, Bir qulunla bərabər etmə özün. Surəti-halinə nəzər qılma, Böyüdüb ani mötəbər qılma! Düşmə sövdasına, təğafül qıl, Neçə gün səbr ilən təhəmmül qıl! Ol sənin qədrü şövkətin nə bilir, Öz-özündən çürüp, ərir, əzilir. GÖFTÜ GUYİ-NƏBİD HƏM ƏZ PEY Çün Ərəq sözlərin tükətdi, Nəbid Dedi: - Ey nütfeyi-Ñəmü Ñəmşid. Dövlət oldur ki, düşmən ola zəbun, Olmadan bir şərapə şölə füzun; Bir şəbixun ilə həlak edəyin, Hiddətindən ñəhanı pak edəyin. Olmaya az ikən bu iş çox ola, Dəxi dəfinə çarəsi yox ola. SÜXƏNİ-BUZƏ DƏR TƏDARÜKİ-HAL Çün Nəbid eylədi sözünü təmam, Dedi Buzə ki: - Ey Meyi-gülfam! Nə təğafül, nə ñəng qıl pişə, Bu işə qıl bir özgə əndişə. Ver ona lütf mücdəsilə firib, Ola kim, ixtilatı ola nəsib. Yanına gəlgəñ ol fəsadi-zaman, Eylə məkr ilə dəfini pünhan. Nə məsaf eylə kim, yaman ola ad, Nə təğafül ki, gün-gün arta fəsad. HƏM İBA KƏRDƏNİ-MEY ƏZ ƏQVAL Qılmadı hiç qövlü Badə qəbul, Gəlmədi hiç söz ona məqbul; Dedi: - Oldur səlah kim, əvvəl Qılmayam irtikabi-ñəngü ñədəl, Göndərəm qasid ilə, pənd verəm, Bir neçə pəndi-sudimənd verəm. Pənd ilə tabe olsa, yarımdır, Olmasa, ñəng xud şüarımdır. Kimdir imdi ki, əzmi-rah qıla, Sayeyi-dövlətim pənah qıla. Özünü Bəng məñlisinə sala, Sözümü söyləyə, ñəvabım ala? RƏFTƏNİ-BUZƏ BORDƏNİ-PEYĞAM Gəldi göftarə Buzeyi-bədnam, Laflar urdu ol nəmək bəhəram Kim: - Mənə əmrin olsa, münqadəm, Mən səfər şiddətinə mötadəm. Bəngə peyğamın eyləyim iysal, Görməsəm sülhə onda istiqbal, Zərb ilən onu sərnigun edəyin, Əzəyin, yenñəyin, zəbun edəyin. * * * Tutdu Mey Buzənin sözünə qulağ, Dedi: - Ey Buzə, yaxşısan, üzün ağ! Yeri, onun şükuhini sındır, Badipayi-qüruridən endir! SİFƏTİ-BƏNGİ-ZİŞTÜ BƏDFƏRÑAM Söylə məndən kim: ey füsürdə mizañ Dəlisən, eylə bu ñünunə əlañ! Bir əlañ eylə, dəfi-sövda qıl! Başına çarə tap, müdava qıl! Ey zina kişvərinin ovbaşı, Müttəsil nikbətilərin başı. Ey əsasi-binayi-hər vəsvas, Əntə Xənnasü fi südurinnas. Ey sərasər təsəvvürün batil, Fisqü iğlamə ruzü şəb mayil! Ğaliba kim, xəmirini təqdir Yüz fəsad ilə eyləmiş təxmir. Dep imişsən ki, "hər nə var mənəm". Kəbsən, gər yetər başın göyə həm. Sən yaman ñəhl içində qalmışsan, Ayın öz başına ulalmışsan. Hiç məqul söz deməzsən sən, Qandadır kim, kötək yeməzsən sən? Kimə olsan müsahib, ey ñahil, Olur əlbəttə, tənbəlü kahil. İş məñali qılırsan, ey sərsam! Bir zamanın işin bir ildə təmam. Əkl vəqti sənədir, ey bədşəkl! Bir ilin quti bir zəmanlıq əkl. Ey xirəd rəhgüzarının tikəni, Tanrı xar eyləsin səni əkəni. Baisi-nikbətü fəlakətsən, Bəs ki, bədşəklü bədqiyafətsən. Xah dərviş olavü xah qəni, Usu azar duşunda görsə səni, Hər səadətsiz olsa yar sənə, Şəmmeyi qılsa etibar sənə, Məhv olub onda mərdlik əsəri, Mütləq olmaz şüñaətə ñigəri. Xürrəm olma ki, səbzdir sənə rəng, Sənsən ayineyi-təbiətə cəng. Səndən olur yünül ağır başlar. Səni hər kim ələ alır, daşlar. Əməlindir müxalifi-hikmət, Xəlqə səndəndir əsli-hər illət Bu işə bitməgin gərək naçar Ki, olasan qapımda xidmətkar. Ya bu iqlimdən başın al get, Yoxsa başın götür hüzuruma yet! Məst tək məndən olma bipərva, İttibaimdən etmə istiğna. Mən əgər razi olmasam səndən, Başına çox bəla gələr məndən. Kəlləxüşk olmağı şüar etmə, Gəl dimağın tər eylə, ar etmə! Yaqma hirs oduna qurun, yaşın, Həzər et kim, xətərdədir başın. Şərm qıl, sərgiranlıq etmə, yügüş, Həddini tanı, gəl ayağıma düş. Yox özündən məgər sənin xəbərin Ki, nə tərkibsən, nədir hünərin? Guş qıl, fəzlini bəyan edəyin, Olan əsrarını əyan edəyin. QİSSEYİ-DƏR SİFATİ-ƏSRARƏST Var idi İsfahanda bir meykəş, Bəng manənd müttəsil sərxoş. Bir əñəb qəsrdə tutub mənzil, Meyə olmuşdu puzü şəb mayil. Bir gün ol rind məñlisində şərab, Oldu manəndi-kimiya nayab. Hasil oldu ona sədai xumar, Yedi dəfinə zərreyi-Əsrar. Əsəri-Bəng edib hüñum təmam, Tapdı mirati-əqli cəngi-zülam. Şəb idi, leyk mahi-şəb əfruz, Qılmış idi ñahanı qeyrəti-ruz, Rəngi-məhtab idi nümuneyi-ab, Qəsr ol ab içində şəkli-hübab. Qəsrdən rind tışra qıldı nigah, Su göründü gözünə pərtövi-mah, Dedi: - Ey vay, oldu iş müşkil, Seyl tutmuş ñahani, mən qafil Suya, çarəm budur, özüm buraxım, Dolmadan qəsr bir kənarə çıxım. Özümü qurtarım səbahət ilən, Bir kənarə çıxım fəraqət ilən. Ələ bir taxta parəsin aldı, Yepə məhtab tək özün saldı. Lət görüb başı fərş daşından, Zərblən bəngi uçdu başından. Dərdi-sər gördü, gəldilər hükəma, Dedilər dərdinə şərab dəva. Sənə budur hünər ki, şərh etdim, Əhli-idrakə sor ki, mən netdim? Mənim əslim, köküm təfəhhüs qıl, Hörmətim səndən artığ olmağı bil. SİFƏTİ-XUBİYİ-MEYÜ MEYXAR Bilmiş ol kim, əzimü ñəbbarəm, Sərkəşü sərfərazü sərdarəm. Kim ki, bəhs ilə baş qoşarsa mana, Gər Firidun isə, hərifəm ona. Gəh olur huş alım dimağından Ki başın bilməyə ayağından. Mən kiməm? - Həmdəmi-Ñəmü-Ñəmşid Saflıqda qərineyi-xurşid. Məhəki-ñövhərim təmam əyap, Laleyi-kuhsari-hilmü vüqar. Bir binadır vüñudi-şəri-bəşər, Sirri-təhqiqə olmağa məzhəp. Hər binadə ki, yaxşıdır bünyad, Ovu əfzunraq eylərəm abad. Hər binada ki, süstdür ərkan, Onu əslilə eylərəm viran. Bu səbəbdən mənə yetən əshab, Kimi xoş vəqtdip, kimisi xərab. Düşdü Davuddan zəmirimə zövq, Hüsni-avazə hasil etdim şövq. Ərz qıldım kəlimə supəti-hal, Rifqimi qıldı ümmətinə həlal. Qövmi-tərsayə mən tanıtdım rah, Getdilər iqtidai-Ruhullah. Mən həqiqətdə əhli-ürfanəm, Deməsinlər şəriki-şeytanəm. Adəmə səñdə qılmayıb şeytan, Tapdığında qürur ilə üsyan; Məndən olsaydı nəşəsi bir dəm, Min gəz eyləpdi səñdəyi-Adəm. Riqqətəfzayi-aşiqi-zarəm, Çöhrə-əfruzi-hüsni-dildarəm. Nəzəpi-aşiqü rüxi-məhbub, Biri talib durur, bipi mətlub. Hiñp ilə müşkil ikən onlapa hal, Mən buraxdım arayə tərhi-vüsal. Gərçi düşmənliyimdə fitnəm çox, Dustluqda dəxi misalim yox. Hər nə dərd olsa, mən dəva verərəm, Təb güzgüsünə ñili verərəm. Bir xirədmənd aliməm mahir, Batin əhvalin eylərəm zahir. Məktəbi-meykədəmdə şamü səhər Şərhi-təñrid oxup müdərrislər. Padşahları istəsəm asan Qılıram bir gəda ilə yeksan. Gər gədalari, istəsəm filhal Qılıram padişahi-bizərü mal. Mənəm ərbabi-pifəti-dərəñat, Baisi-xeyrü daxili-həsənat. Mənəm ol şəhryari-həft iqlim Ki mənə şahlar qılır təzim. Hər kim olsa, əyağimə baş urap, Mən gəlinñə qamu ayağa durar. Ñövhərimdir mənim müfərrihi-zat, Mənəm, əlqissə, mənşəi-həsənat. Həsənatimi ondan eylə qiyas Ki, demiş həq mənafeün-linnas. Vəsfi-zatimdə bir hekayət var, Guş gər tutsan eylərəm izhar. SİFATİ-MAHRUYİ-GÜLRÜXSAR Var idi Reydə bir xüñəstəxisal, Mahtələt nigari-mişginxal. Meyi-ləli-ləbi nişatəfzay, Nüqli-göftari nəğzü bəzmaray. Meyə düşmüşdü əksi kimi, müdam Alıban müttəsil qədəhdən kam. Bir gün ol sərvqəddü gülrüxsar, Qıldı zöhhad məñlisinə güzar. Gördü bir zahidi-pərişanhal, Keçmiş övqati zöhd ilən məhü sal, Bilməmiş kim, məzaqi-badə nədir, Xətti-mişkinü ruyi-sadə nədir. Xəlqə eylər hekayəti-məşhər, Sifəti-hurü ñənnətü Kövsər. Növñəvan qıldı-meyli-Kövsərü hur, Dedi əñz ilə: - Ey xudayi-qəfur! Var ümmidim ki, əhli-ñənnət olam, Mən dəxi müstəiddi-pəHmət olam. Qeybdən gəldi bip nidayi-lətif Qulağına ki: - Ey həpifi-zərif! Tanrı bip padişahi-adildip, Feyzi məñmui-xəlqə şamildir. Kərəmindən o qadiri-qəyyum, Eyləməz hiç kimsəni məhrum. Kimi dünyada şadiman eyləp, Kimi üqbada kamipan eyləp. Sən ki, dünyada əhli-işpətsən, Sakini-məsnədi-məsəppətsən, İçdigindip nişatilən meyi-saf, Kövsər ummaq degil sənə insaf. Qərəzin-Kövsər isə meydən keç, Yoxsa al nəqdi, nisyə istəmə heç. Badə məhpumi-abi-Kövsəp içər, Kimsə, Kövsəp demə mükəppəp içəp. Bu dəlil ilə Badə Kövsər imiş, Göp nə xoş nəsnəyə bəpabəp imiş, Bəng kimdip həpifi-Badə ola, Bəhs qılsa, həpamzadə ola. Ñəddi-pakim həqiçün, ey Əsrap. Olmasın dərgəhimdə xidmətkar, Gəlib endipməsən ayağıma baş, Eyləsən aqibət mənimlə savaş, Qılmadan tipə puzgapını mən, Tutsam aram biqəpap olayın, Rəddi-dəpgahi-kipdgap olayın. SİFƏTİ-BƏZMİ-BƏNGİ-NAFƏRHƏNG Badə qılğañ təmam göftarın, Buzə nəqşi-zəmir edib varın, Qıldı əzmi-rəhi-məhəlleyi-Bəng, Oluban qasidi-Meyi-gülrəng. * * * Bəng-xoşsirətü nikukirdar, Neçə həmdəmlər ilə fəsli-bahar, Bir əñəb mərğzar içində müdam Tutmuş idi nişatilən aram. Bərş idi həm Müfərrihü Əfyun, Hər bir rəylən bir Əflatun. Gəh düşüb elmi-şərdən göftar, Gah hikmət sözü olub təkrar. Gərm ikən bəhsi-elmü fəzlü kəmal, Mütəvatir olub ñəvabü sual, Verdilər Bəng həzrətinə xəbər Ki, "durubdur qapında bir çakər, Der ki, Meydən gətirmişəm peyğam, İstərəm rüxsəti-ədayi-kəlam". Bəngdən püxsət eyləyib hasil, Buzeyi-ziştruyi-naqabil, Girdi ol bəzmi-xasə amanə, Başladı hərzə-hərzə əfsanə. Mey sözün dedi ol pəlidi-kərih, Bəlkə yüz nüktə həm məzidün-fih. DİDƏNİ-BUZƏ TƏNƏHA ƏZ BƏNG Bu xəbərlərdən oldu şeyda Bəng Buzəyə düşdü bimühaba Bəng. Başına çıxdı qəhrdən sevda, Buzəni qıldı tən ilə iyza: - Key ğəlizü pəlidü nahəmvar. Gəndeyi-ziştü natəmam əyar. Sən qədimi mənim ənisim idin, Nə ənisim ki, kasəlisim idin Badənin xud səninlə yox meyli, Olsa ondan bəiddir xeyli. Sən nəsən ki səninlə yar olalar, Gizli işlər, də razidar olalar. Heyf, Mey həm əgərçi düşməndir Ki, rəfiqi bu nov kövdəndir. Layiq oldur səni məlamət edəm, Bu günü başına qiyamət edəm. Kövdənü əhməqü turuşrusən, Bədrəgü bədxisalü bədxusən Meyə oldun bu fitnədə ortaq, Sınañaqdır sənin başında çanaq. Fərz olubdur sənə ñəfa qılmaq, Ağ ikən üzünü qara qılmaq. Haliya çün rəsulsən naçar, Sənə məndən rəva deyil azar. Mihmansan, bu geñə etgil xab, Verəyin sübh sözlərinə ñavab. Bəzmi-Bəng içrə Buzə tutdu səbat, Bəng xüddami etdilər xədəmat. Buzə ol ñəmə həmnişin oldu, Səd ilə nəhs həmqərin oldu. Məñlisi-xas idivü ñəmi-zərif, Məməni-pak idivü qövmi-şərif. Çün kədurət gedib səfa gəldi, Gərm olub mədə iştəha gəldi, Çəkdilər türfə-türfə maidələr, Öylə kim, şairi-əñəm söylər: "Hərçi əndişə dər güman avərd. Mətbəxi rəftü dər miyan avərd." Gah paludə gəldi, gəh həlva, Gəh müzəfər çəkildi, gəh buğra. Çünki çox gördü bəngiyanə təam, Püxtəlik qıldı Buzeyi-bədnam, Qalmadı qəltəbanın ol ñuşi, Oldu göftari-Mey fəramuşi, Dedi: - Ey Bəng! Badədən keçdim, Getməzəm ol yanayə, and içdim. Mən sənino bir kəminə çakərinəm, Eşigində qulami-kəmtərinəm. Çoxdurur Badənin fəsadü şəri, Səndədir fəqrü məskənət əsəri. Buzə çün Bəngə oldu xidmətkar, Bəng feyzilə vaqifi-əsrar, Ol geñə Bəngü sairi-əshab, Qıldılar rahətü sürur ilə xab. Sübhdəm kim, sipehri-ñami-xüram, Saçdı Bəng üstünə meyi-gülfam, Dürdsa təhnişin olu əxtər, Saf mey kimi çıxdı şöleyi-tər. Bəng fikrət dənizinə daldı, Ortaya tərhi-məşvərət saldı Ki: - Nədir çareyi-şərarəti-Mey, Neñə təskin tapar hərarəti-Mey? DƏR NƏSİHƏT NÜMUDƏNİ-ƏFYUN Dedi Əfyun ki: - Olmağıl qəmnak, Mənəm ol zəhr dəfinə tiryak. Qılayın geñələr yuxunu haram, Yeməyəm nəsnə, tutmayam aram, Edəyim zaye etdigi əməgin, Ağrıdıb həmnişinlərin yürəgin. BƏRŞ HƏM MÜTTƏBE ŞÜDƏ ƏKNUN Bərşə çün düşdü söz, dedi: - Ey Bəng! Onun ilə nə hasil eylər ñəng? Nə rəva ñəng oylə sərkəş ilə, Ələfi-xüşk netsin atəş ilə? Neñə kim, mülkə ol verir rövnəq, Kimsə meyl eyləməz sənə mütləq. Sınmadan bu nizai tərk edəlim. Bütün ikən bu mülkdən gedəlim. PƏNDİ-MƏÑUN BƏ GUŞİ-ƏSRARƏŞ Dedi Məñun ona ki: - Ey əsrar. Nə həzimət, nə ñəng eylə şiar. Layiq oldur onunla sülh edəsən, Gər tələb qılsa, yanına gedəsən. Eylə dəfinə məkr ilən tədbir, Safdildir, yeri mizañinə gir. Qafil etmə özün müdaradən, Hiylə yeyrək deyilmi qovğadan? BƏNG TƏDBİR KƏRDƏN İZHARƏŞ Qılmadı Bəng hiç qövli pəsənd, Gəlmədi hiç söz ona xürsənd. Dedi: - Mən həm rəsul göndərərəm, Sözlərinə ñavab döndərərəm. Qılsa taət, riayətim görsün, Qılmaz olsa, siyasətim görsün. ZİKRİ-MƏÑUNÜ DƏR RİSALƏTİ-U - Ey Müfərrih, sənədir indi ümid, Olasan fəth qapusinə kilid. Səndədir hüsni-xülqü lütfi-əda, Çox görübsən məñalisi-hükəma. Səndə irfan ñəvahiri çoxdur, Səndəki rütbə kimsədə yoxdur. Qərəzim olmağa sən eylə şitab, Sən mənə qövmsən, nə bu əshab. Var, məndən Meyə nəsihət qıl! Gər qəbul etməsə, fəzihət qıl! DƏR SİFATİ-MEYÜ ŞƏRARƏTİ-U Söylə: - Ey bihəyayi-bihudəgərd, Müfsidi-hər səlah olan namərd! Həmdəmin hər kim olsa leylü nəhar, Gah divanədir, gəhi bimar. Bu ñahanda budur sənə təsir, Ol ñahanda dəxi zəqumü səir. Sənsən ol rəhnümayi-əhli-əzab Ki, ayağın yetən yer oldu xərab. Məkrilən alın el evini yıxar, Bu fəsadın sağınma, başə çıxar. Ey bəsa əhli-təxtü sahibi-tañ Ki, qılıbsan səfihü divanə. Qanda gəbr olsa, həmnişinindir, Bu səbəbdən ki, dini dinindir. Ulular səndən etməyə ikrah, Olur, əlbəttə, asiyi-dərgah, Sənsən olmuş müqəyyəd öz-özünə, Ñüzvi işdən çıxarsan el üzünə. Kimə oldunsa məhrəmü yoldaş, Gizli sirrini qıldın ellərə faş. Əsərin düşsə hər yerə çoxü az, Qılmaz əhli-şəriət onda namaz. Çakərin oldu çəng, zar oldu, Damənin tutdu dürd, xar oldu. Tutdu bir ev himayətində hübab, Eylədin al ilə evini xərab. Şeyx Sənanə bir dəm oldun yar, Tərki-din etdi, bağladı zünnar. Həmzə tədbirin ilə qıldı əməl, Naqeyi-Salehə yetirdi xələl. Səndə yoxdur təriqeyi-ñədü əb, Sən ədəbsizən, onlar əhdi-ədəb. Səndə yoxdur təbiəti-fərzənd, Sən münafiqsən, ol səadətmənd. Sirkə səndən dönəndə tapdı qəbul, Məñlisi-əhli-şərə rahi-vüsul. Bisəbəb hərzə-hərzə qılma qəzəb, Şişəni çalma daşə, saxla ədəb. Bəs ki, əhli-xətasənü mürtəd, Qanda üz qoydun isə oldun rədd. Bəsi evlər xərabdır səndən, Açaram sirrini, tər olmaz isən, Dürd nisbət mükəddər olmaz isən. SİFƏTİ-BƏNG DƏR XƏYALATƏŞ Mənəm ol tiztəb, pakzəmir Ki, lətif etdi tiynətim təqdir. Məndədir şəkli-qübbeyi-xəzra, Əxtərim şahdanədən peyda. Şeyxlər eylər ehtiram mənə, Başları üzrədir məqam mənə. Ñövhərim qədr ilə mükərrəmdir, Külli-tərkibə ñüzi-əzəmdir. Fələki-ənñümün mühəndisiyəm, Ñümlə elm əhlinin müdərrisiyəm. Nola gəlsə mənə siğarü kibar, Almağa dərsi-Məxzənül-əsrar. Səbzeyi-busitani-idrakəm, Zövqbəxşi-zəmiri-ğəmnakəm. Xizr vaqif olub həqiqətimə, Girdi ol rütbə ilə kisvətimə. Mənə eldən dəyər təpanñavü zur, Elə məndən yetər nişatü sürur. Künñi-hər mədrəsə məqamımdır, Firqeyi-əhli-elm ramımdır. Şövkət əhlinə olmazam həmdəm, Çəkməzəm şiddəti-məşəqqətü qəm. Dövlətin çün məşəqqəti çoxdur, Dövlətim var ki, dövlətim yoxdur. Qanda bir müflisü qələndərə yar. Məndə yox Mey kimi məhəbbəti-şur, Dadlı sevməkdə olmuşam məşhur. Meydən imanda gəlmişəm əfzun, "İnnəməl-möminunə həlviyyun" Füqəra firqəsinə mən başəm, Müttəsil əhli-fəqrə yoldaşəm. Səndən olğañ əsiri-dərd mizañ, Sihhət üçün mənə olur möhtañ. Qanda olsam müqərrəbü məhrəm, Onda olmaz nişani-qüssəvü qəm. Mənəm ayinədari-feyzi-əzəl, Surətim cəngü siyrətim seyğəl. Versəm ayineyi-zəmirə ñila, Görünür onda ñümleyi-əşya. Səbzxət dilbərəm, hiñabım yox, Mənə aşiq yügüş, müqəyyəd çox. Munña fasiqlər içrə bibakəm, Tən edər xəlq, leyk mən pakəm. Mənə ariflərin iradəti var, Arif oldur ki, saxlaya əsrar. Ey bəsa binəvayi-müflisi-dun Ki, xəyal ilə eylərəm Qarun. Degiləm Badə kim, görüb atəş, Əksilə nəsnə məndənü çıxa qəş. Çəkmişəm şiddəti-hərarəti-nar, Çıxmışam xalisü tamam iyar. Aləmi bir xəyaldır dedilər, Etimadi-məhaldır dedilər, Qütbi-aləm bu gün mənəm məşhur Ki qılır min xəyal məndə zühur. Dərki-zatım sağınma asandır, Sirri-karimdə əql heyrandır. Bilməzəm qanda görmüşəm məktub, Öz sifatımda bir hekayəti-xub. DƏR SİFATİ-MÜRİDÜ HALATƏŞ Bəsrədə bir müridi-rövşəndil Bəngə olmuşdu ruzü şəb mail. Onu salmışdı nəşeyi-Əsrar Hər zaman bir xəyala leylü nəhar. Bildi pir ol müridin əfalın, Zövqi-Bəng ilə xoş keçən halın, Qıldın məmnu söhbətindən onu, Etdi məhrum həzrətindən onu. Bir gün ol namürad, xəstəñigər Saldı əñz ilə pir saru güzər. Dedi: - Ey hər kəmalə rahbərim, Ustadım, müəllimi-hünərim! Nə səbəbdən günahkar olubam, Nə günah eylədim ki, xar olubam! Piri-saleh müridə verdi ñəvab Ki: - Mənə bu işində qılma itab. Derlər Əsrar ilən olubsan yar, Zövqi-Bəng ilə vaqifi-Əsrar. Saluban qəsri-asimanə kəmənd, Çox qılırsan təxəyyülati-bülənd. Göydədir müttəsil sənin seyrin, Sənə dərki qaçan yetər qeyrin. Kamilüs-seyr oldüğun bildim, Tərki-dərsü təəllümün qıldım. Bu dəlil ilə Bəng kamil imiş, Xəlqə ondan murad hasil imiş. ŞÜDƏNİ-MEY BEÑƏNG AMADƏ Eyləgəñ Bəng sözlərini təmam, Qıldı Məñun risalətə iqdam. Leyk ta görməyə ñəfayi-qədəh, Oxudu min kərə deayi-qədəh. Badeyi-ruhbəxşü ñanpərvər, Qalmış idi mükəddərü müztər İntizar içrə kim, qaçan Buzə Dönə bir daxi ol ñigərsuzə, Qıla Bəngin hekayətin təqrir, Görələr bir ona görə tədbir. Dedilər: - Bəngə döndü Buzeyi-dun, Leyk gəldi risalətə Məñun. Şükr qıldı ki: - Nikbətim getdi, Dövltimdir ki, onu dur etdi. Meyə Məñnun verib xəbər varın, Sərbəsər zahir etdi əsrarın. Badənin hiddəti füzun oldu, Qəhrdən rəngi laləgun oldu. Yığdı yanına Badə əshabın. Ñəm qıldı müsaf əsbabın. Dedi Məñunə: - İxtiyarın var, Xah get, xah bunda eylə qərar. Bildi Məñun ki, Bəng olu məğlub, Özünü qıldı Badəyə mənsub. Bəngdən keçdi, Badəxar oldu, Sahibi-izzü etibar oldu. BƏNG HƏM DƏR MÜQABİL İSTADƏ Bəng həm oldu haldən agah, Yığdı məqdur olduğunña sipah, Hər biri bir tərəfdə çəkdi səfi, Oldu rəngin-bisat hər tərəfi. ƏZMİ-MEYDAN NÜMUDƏNİ-ƏSRAR Əvvəl Əsrar girdi meydanə, Səhni-meydanda gəldi ñövlanə, Başını açdıvü götürdü kötək, Girdi meydanə pəhlivanlar tək, Urdu ğayətdə pəhlivanlığa laf, İstədi pəhlivan kim, edə müsaf. GÖFTƏNİ-SÜLH NÜQLİ-XİDMƏTKAR Nüql gördü ki, ol iki bibak Qılmaq istər biri-birini həlak. Bildi kim, onlar ilə olsa ñidal, Ayağ altında ol olur pamal. Bəng başına ñizginib hər dəm Yalvarıb düşdü Mey ayağına həm Ki, məgər dəf ola təriqeyi-ñəng, Nə Mey etdi sözün qəbul, nə Bəng. MƏN ŞON KƏRDƏNİ-MƏVİZ ƏZ ÑƏNG Var idi bir müdəbbir, adı Məviz, Vaqe ol əsrdə bir əhli-təmiz. Həm şərabın atası, qardaşı, Həm səfərlərdə Bəng yoldaşı. Şamdən qıldı sülh üçün ilğar, Qıldı onlara vəzlər təkrar. Olmadı vəzü pənd faidəmənd, Əhli-ñəhlə nə sud vəzlə pənd? ŞÜDƏNİ-NÜQL DƏR MÜQABİLİ-BƏNG Nüql çıxdı onunla qılmağa ñəng, Qıldı bir həmlədə şəhid onu Bəng. DƏR MÜSAF AMƏDƏN MƏVİZİ-TƏMİZ Etdi əzmi-müsafi-Bəng Məviz, Ol dəxi olmadı hərifi-sitiz. ƏZ PEYƏŞ HƏM KƏBABİ-ATƏŞİ-TİZ Ərseyi-rəzmi gərm qıldı Kəbab, Zərbinə ol dəxi gətirmədi tab. KƏRDƏNİ-BADƏ ÑƏNGRA MƏQDƏM Gördü Badə ki, ləşgəri bir-bir, Oldu ol nabəkar əlində əsir. Vermədi qeyrə ñəng üçün rüxsət, Özünü çəkdi ortaya qeyrət Çün sipahilik içrə mahir idi, Ona tədbiri-ñəng zahir idi. Bir neçə itrətini qoydu kəmin, Özü yalqız müsafə girdi həmin, Girdi meydanə, eylədi ñövlan, Üzə çəkdi hübabdən qalxan. Bəng ilə çün müqabil oldu Şərab, Ləhzeyi qıldılar sualü ñəvab. KƏRDƏNİ-BƏHS BƏNGÜ MEY BA HƏM Mey edir: - Mən nəbireyi-takəm! Bəng edir: - Sən pəlidü mən pakəm! Mey edir: - Mən nədimi-sultanəm! Bəng edir: - Mən bir əhli-irfanəm! Mey edir: - Hakimi-həvasəmü huş! Bəng edir: - Sufiyəm mən əzrəqpuş! Mey edir: - Mən şəfəq kimi aləm! Bəng edir: - Mən sipehr timsaləm! Mey edir: - Xoş mənimlədir aləm! Bəng edir: - Qütbi-aləməm mən həm! Mey edir: - Qəmli xəlqə qəmxarəm! Bəng edir: - Sənñə mən dəxi varəm! Mey edir: - Mən çiraği-ənñümənəm! Bəng edir: - Rəşgi-səbzeyi-çəmənəm! Mey edir: - Eşq piri-rahimdir. Bəng edir: - Ol mənim pənahimdir! Mey edir: - Növrəsi-ñahansuzəm! Bəng edir: - Piri-danişamuzəm! Mey edir: - Eylərəm səni fani! Bəng edir: - Dinmə, həddini tani! Bəhs ilə olmadı çü qəti-niza, Fitnə sülhü səlahə qıldı vida. İbtida oldu çünki ñəngü ñədəl, Bir neçə həmlə oldu rəddü bədəl, Hiddəti-Bəng Meydən idi füzun, Bəng qüvvət tapıb, Mey oldu zəbun. Gördü çün dövlətində bimi-xələl, İstədi üzri-səyyiati-əməl. Nəzr edib eylədi xudayi güvah Kim, bu növbət bu düşmən olsa təbah Kimi tutdiysə eyləyə azad, Etməyə kimsənin fəsadını yad. Tapdı sail iñabəti-məsul, Saf idi qəlbi, nəzri oldu qəbul. Çıxdı nagəh kəmindən ol ləşkər, Oldu Bəngin sipahi zirü zəbər. Buzəvü Bərşü Bəng əsir oldu, Kimi xürdü, kimi xəmir oldu, Badənin xatirinə yetdi səfa, Nəzr qılmışdı, nəzrə qıldı vəfa, Qıldı azad o dörd sərhəngi: Saqiyü Bərşü Buzəvü Bəngi. Hər birin qıldı ğir işə məmur, Aləmi etdi ədl ilə məmur. Aqibət Bəng edib əhanətə ar, Badənin xidmətindən etdi fərar. İmdi gəzdikdə qorxa-qorxa gəzər, Badə hər qanda görsə onu əzər. Özünü mütləq aşikar etməz, Mey olan yerlərə güzar etməz. TƏLƏBİ-MƏĞFİRƏT Zİ RƏBBİ ĞƏFUR Tövbə, ey girdigari-üzrpəzir. Sözlərimdən kim, etmişəm təqrir. Nitq verdin ki, vəsfi-zatın edəm, Şərhi-keyfiyyəti-sifatın edəm, Nə ki, övsafi-Mey qılıb əmda, Bəng vəsfində olayım guya. Allah-allah bu məhz isyandır, Ğayəti-küfrü eyni-küfrandır. Çün Füzulidürür mənim ləqəbim, Əñəb olmaz gər olmasa ədəbim. Var ümidim ki, üzrim ola qəbul, Olmaya böylə ñürm ilə məsul. | ||