Məqsəd NUR

Vasiliy Daniloviçin orkestri

(hekayə)

 

 

Copyright - Məqsəd NUR, 1996

 

Bu mətni müəllif hüquqları sahibinin razılığı olmadan kommersiya məqsədi ilə istifadə etmək icazə verilmir.

 

 

 

Özgələrinin yanında arvadı onacaaanımmmdeyir; hərdən bu söz bezikdirir, əti ürpənir, istəmir kimsə duysun. Söz yox, bilir, bircandılar, amma arvadına gərəksə, təkrardan tıncıxsa da bilinməlidi: bir deyilməli, yüz , min eşidilməlidi ki, arvadının canıdı.

Arvadı onun canıdımı, bilinmir. Məhəmməd arvadının canıdı, qoy bunu hamı bilsin, yetər. O bunu hər gün eşidir: işə gedər, işdən gələr, çörəy almağa çıxar, bir çay istər, fərqi yoxdu, evinə girəndə , evinnən çıxanda da sevgili arvadının dilindəncaaanımmmdediyini eşidər. Qıraqdan baxan deyər, bucaaanımmmsöz deyil, can yanğısı, yanğısıdı, o andaca sevgidən tıncıxıb dura biləcək ürəyin çırpıntısıdı. Hər dəfə belədi; boğazdan yuxarı deyil, daha yanımcıldı, dərindi...

Boyca bapbalaca, yaşca çox cavandı arvadı. Soyuğ havalarda büzüşüb yorğana girir az qala yorğan altda mütəkkə boyda xırım-xırda bir şey olur. Məhəmməd işə gedəndə paltosunu tutmağa qaçır: geydimi, tezcə ərinin qoltuğuna dürtülür, paltonun içindəcə düymələri bağlayıb altdan sürüşüb çıxır, sonra da boynuna sarılıb titrədir. Məhəmməd Camalbəyov arvadını çox sevsə , istirahət günləri onun yanında qala bilmir. İşə baş vurmasa kəmhövsələ olur, boş şeylərə görə donquldanır. Soyuq günlərdə belə olanda arvadı qəhərlənib yatağına qaçır, üzünü yastığa bükür; ya da sızıldayıb bir qurama qurur ki, Məhəmməd paltosunu soyunub onun yanına dönsün, o da sevincindən uşaq təki yatağın içində atılıb-düşsün, sonra da Məhəmmədi bağrına basıb öpüşlərinə qərq eləsin...

Belə günlərdə Məhəmməd Camalbəyov arvadını gözüyaşlı qoyur işə gedir...

Hanı o vaxtlar ki, Məhəmməd Camalbəyov nişanlısının görüşünə çatmaqçün hasarlar aşır, sevincdən ayaqqablarını çıxarmadan çarpayısına atlanıb xəyalında göylərə uçur, düz səhərəcən metronun qənşərindəki küçə telefonundan sallanıb qızın da yuxularını göyə çəkdirirdi. Qayalıq meşələrdə bitən dağ nərgizini tapmaqçün dağ kəndlərindən gələnlərə dil çıxarıb yalvarır, borca girib sevgilisinə az qala qucaq boyda bir bağlama gətirirdi. Qız bunu bircə dəfə demişdi, elə-belə, sözgəlişi demişdi ki, qərənfildənsə adi çiçəkləri, ya da məsələn, dağ nərgizini seçərdi. Məhəmməd səhəri kənddən çiçək gətirən oğlanlardan özünə dostlar tutdu. Şəhər gülçüləriynən arası sazıydı; dibçək gülləri barədə reseptlər yığırdı. Ev alan kimi pəncərələrin ağzını gül qablarıynan doldurdu sonra necə oldusa da güllər solub getdi, qabları hələ pəncərələrin ağzında küllüyə dönməyindədi. Heç arvadı da baxmır: bir az ərincəkliyi var, həm meylini yeşik cücələrinə salıb, ta güllər yaddan çıxıb. İki cüt kənd cücəsini mənzilin isti yerində - Məhəmmədin akvariumu bilgisayarı olan otaqda yerləşdiriblər. Arvadı Məhəmməddən cücələrçün akvarium kimi şəffaf yeşik tapmağı istəyir. Bir az çətin oldu bu. Ta Məhəmmədin həvəsi tükənib...

Keçən il 8 martda Məhəmməd hardansa qan bənövşə tapıb gətirmişdi, qadın sevincindən bütün günü Məhəmmədin başına fırlanır, gah kefi gəlincə gülür, gah da saatlarca otaqları, mətbəxi dolanıb qəhərlənirdi. Beləcə, hər dəfə Məhəmməddən bir sürpriz görəndə keçmişləri onun dağ nərgizlərini xatırlayır... danışır, danışır...

“- İndi əsl dağnərgizi gəzir... - Məhəmməd son zamanlar bu qənaətə gəlirdi, - satdığa qoyulan nərgizlər parniklərdən üzülür; ətri bir şey deyil”. Arvadına qalsa, lap cır alça budağı olsun, təki bayırdan gəlsin; suya qoyacaq, əzizləyəcək çiçək solduqca da gizlicə ağlayacaq... Amma dibçək güllərinə gözünün ucuynan da baxmayacaq. Ona görə Məhəmməd evdə əttökən mərasimlərdən bacardıqca qaçırdı; ancaq sevgisi içində hardasa əlçatmaz dərinliklərdə qalır, hərdən ona elə gəlir ki, arvadı şəffaf yeşikdə dümələnən tənha inqebator cücəsidi...

 

* * * 

... Keçən ilki kimi, martın yeddisində arvadıyçün dağnərgizi almaq bəhanəsiynən evdən çıxıb işə baş vurdu; orda da ilişdi, yoxsa telefon açdırmaq dalıyca qaçmayacaqdı. “ATS bir tanışı var, telefon xəttinə xətər dəyəndə, ya abunəni ödəyə bilməyəndə qapadırdılarsa, dalınca onu göndərirdilər. Təki olsun, bircə hamı bilsin ki, Məhəmməd yarıdandı...  

Gecə