Məqsəd NUR

Katastrofiklər

 

Copyright - Məqsəd NUR, 2000

 

Bu mətni müəllif hüquqları sahibinin razılığı olmadan kommersiya məqsədi ilə istifadə etmək icazə verilmir.

 

 

1. Miqalka

 

- Lift. Harda istədi dayanır. Qapını gupbuldat! Divarları döyək... Oranı açma! Gələrlər. Şaxtada siçovullar gəzir. Çaşıb başuva düşər. Ya da bir daş...

- Yox bir, daş orda hardan?

- ...hər şey ola bilər... Məsələn, lift götürər, şaxtanın dibinə yuvarlanar: hər şey olur.

 

***

- Ən sığortalı təminat lift troslarının dözümü qədərdi. Bu binada hamımız ən sığortalı təminatdan yapışıb-durmuşuq. Maaşdan. Mən qaqaş...

- Getdik!

 

***

- İyirmidə zibillikdi. Tualet iyi, toz. On doqquzda həyat var ey.

- həyat?

- ... qədər desən. Şəhərdə qız qalmıyıb ki, hamsı burdadı. Belə yerdə həyat bitmir ki. Hər gün fırranır...

-... heç vaxt da dayanmır...

- Həəə. Hər gün başlanan yarımçıq işlərdən biri bitir...

- Çox romantikdi!

- Sənə bir deyirəm: sənin humanitar kodların məni qorxudur. Dayanıqlı deyil. Əriyirsən ey, bir şey eşidən kimi. Heç vaxt dəyərlərə bu qədər fikir vermə! Boylan get, boylan get. Başuvu içüvə dürtmə. öz dəyərlərin barədə hesabat vermə. Zəmanə hesabatı sevmir...

- Bildim ... qədərişlədirsən!

- “siz olmur ...

 

***

 

- Binamızın üstündə mayak var. Gəmilərçün. Vertolytlarçün mayak yoxdu-ey bizdə, fikir verməmisən?

- Bilmirdim...

- İstədiyin vertolyotu aldada bilərsən. Çıx dama, miqalkadan-zaddan bir şey tap, yandır-söndür, bayraq yellət-filan. Bir görürsən, qəzaya uğruyan birisi uçur-uçur, düşəndə görür meydança yoxdu, armatur çöplərdi. Bu binanın üstü armatur çöpləridi, təsəvvür eliyirsən, tikib yarımçıq qoyublar...

- Pilotun da ağlı çaşa...

- Çaşsa da çaşar. Miqalkadı , yerə gömülməkdənsə qoy, mayaka qədər ümidini itirməsin.

- ...

 

***

-...İndi bu siqaret püfləyən qəhbələrin arasından keçək, yoxsa, dayanaq?

- ...

- Özləri qanıb aradan keçməməyin keçilməz olduğunu qanalar hay! Kipriklərim aşağıdı. Sən aşağı elə. Hər şeyivü! Guya abırlısan... Yarlıqlar! Yarlıqları gördün? (Başqasının boynunda, başqasının qatmasında qalanlar hey!) Hərənin boynunda bir tanıtım kartı, gördün?

- Kəbinli arvad kimi...

- Həə. Kimliyi, nəçiliyi nəqayrançılığı da üstündə. Belə yaxşıdı: yoxsa, ay filankəs, ay qaqaş, ad yadda qalır? Adamın öz adı yaddan çıxanda-çıxır...

- Çıxanda-çıxır...

 

***

- Nəyə gülürsən, ən sığortalı təminatın iyinə gələn oğlan?! Məni çağırırlar!

- Get .

- Sən belə elə... yuxarı qalx, iyirmi birə, dama, lap dama. Mayakın yanında ol. Başıvu qat. Gələn olar, gedən olar... Zarafatdı, incimə...

- Atdır eey...

- Özün bil... İşə düzəlməəəəə! Get yat!

- Özüm bilirəm ...

- ...............

 

 

 

2. Stol

 

- Doğdu, doğmadı, axır?

- ...

-...Şestoydadı, xarabada! Nənəmnən yaşıddı ey, qırxbeşdən qalıb o andır stol. Allah, Allah, mən bilirəm indi çəkir? Doğruyurlar ey. Qoyun qayçılıyan kimi... Həkimlər bir sürü qancıx, bir sürü oğraş: qəssab köpəyuşağı. İnək ətənəsinin iyini verən yerə göz açır körpə...

- Ətənə nədi?

- İnəkdən çıxan...

- Sən Allah bəsdi, bəsdi iyrəndirdin bizi!

- Nooldu, xəbər olmadı?

- Muştuluğunu özüm alardım-ey, ay qız, bacısı yarıyoldadı...

- Zəng elə cibinə.

- Hələ xəbər yoxdu axı. Zəng çatmır, “Bu nömrəyə zəng çatmır...” deyib durur imanı yanmış.

- Ətənə köpəyuşağı...

- Alo, alo, gəldi, gəlmədi...

- ????

 

 

3. Boyun

 

Boynum qıldan incə. Başımı qarşında əyərdim: qorxuram boynum qırıla. Borclu-borclunun sağlığını istər axı. Döz. Mən dözən tək sən qıl boyda boyuvun ağrısına döz. Əysən, guya sınmağından qorx...

 

 

4. Ət tökən

 

Hərənin içində bir gəzəyən qurd: kompüter siçanı kimi. Qalxıb-enən qurd. Bir görürsən, kosmopolit enerjisiynən hər şeyə biganə qalan birisi dingildəməyə başladı. Əmməlicə hərəkətə gəlir ey. Çiçəyi çırtlar, tövşüyüb ora-bura qaçar, sözünə söz, izinə iz çatdırmaq olmaz. Balam, gün hardan doğa?

 

...Heç kəs stabil deyil. O da, mən , bəlkə sən . Allah bilə, indi kimin yanından, hansı danışıqdan gəlib. Adamlar növ-növdü ! İndi bəlkə kimsə ona nəsə ümid verib, ya buna bənzər bir şey. Məsəl, pul. Az qala atdanır ey, hamı görür ki, bu dıydıq sıyıq gedir ...

 

Kimdə olmur? Səndə olur, məndə : sirrini heçkəsə verməmək. Nətər deyir, “sirrini verməyir, nəyəsə dünya?” Bununki sirrin ögüsüdü . Dingildədir. De , de : ya de, ya da demə. Belə gəzmə. Pis çıxır...

 

Helə can atırlar ey, bircə yırtıb girsinlər. Hamı hamının dəliyini axtarır. Gülmə. Düz demirəm bəyəm?

Ucuz sirr kimə lazım?..

 

 

5. Mazoxist

 

İlk doğuşumda 17 yaşım vardı. Uşağı qeysər kəsiyiynən götürməyə pulumuz çatmadı: həm