Məqsəd NUR

Blüz

 

 

Copyright - Məqsəd NUR, 2000

 

Bu mətni müəllif hüquqları sahibinin razılığı olmadan kommersiya məqsədi ilə istifadə etmək icazə verilmir.

 

 

 

Gilənar. Divar.

 

Biz ikiJeep gəldik, onlar da ikiToyotoda. Məhəlləyə çatmamış gilənar sırası başladı. Üstü cılxa qara gilənar. Küçənin ortasınca düzüllənib. Yolu ikiyə bölür. Ayaqları əhəngli. Əl dəyməmiş. Hələ tamahımız da düşdü. Ayıblandıqmı, nəmi? Həm tezbazar içəri dürtüldük. Küçə küçə: hasarı damlarına qədər qalxıb üstü suvaq cızıqlarıynan bəzəklənən...

 

***

Darvazadan sola balıqlar üzən üçmü, ya dörd çərhöüz. İçində xallı balıqlar. Ən zəhləm gedən balıqların adını sadalamaqdı. Bir görürsən, restoranda balığı yeyə-yeyə başlayırlar adını, sortunu sadalamağa. İstədim stressi atmaq üçün prikola keçim, soruşum bu xallıların adını. Biri gözümün qaçarağında tutdu: qayıtdı ki, qızıl balıqdı, o biri dedi fareldi. O biri qayıtdı ki, farel çay balığıdı...

- Balığın elə hamısı bir zibildi. - Mən dedim.

 

***

Ev, iridi. Tavanına qədər dörd metr, iyirmi santı. Bizi iki daş evin arasındakı şüşəbəndə ötürdülər. Nərd gəldi. Taxtasını açan olmadı. Piyalələrdə yaşıl çay, qoz ləpəsi, mer-meyvə, məzəsi, lələ-güləsi. Ot-ələfi üstündə: qulluqgöstərən dedi ya özünüz basın, ya istərsəniz, mən. Dedim buxarlan burdan, mən özüm. Qaçdı. Şirniyyat dalınca gedirmiş. Orda da şirniyyat bir qəpiklik! Heç sıxmadıq, əlimizi uzatmadıq: başında qızdırmamağa söz var...

 

***

İşarə gəldi: biz həyətə! İkisi qalıb danışacaq. Bir çərhöüz keçdik, iki çərhöüz, üç çərhöüz, dörd, beş... dalımızca dəmir barmaqlıq danqıldadı. Əlimi qurşağıma atdım geri dönəndə barmaqlıqları geriyə - taybatay açıb təzim elədilər. İstədim ta getmiyim, dalımca gələnlərimiz işarə verdilər. Qərəz, bir qəfəs, üstü kümbəzə bənzərdi, eni olardı, üç yarımın dördə, hündürü hasar boyda. İçində balaca bir meymun vardı. Çıxartdılar. İki fəhlə, kəndçimi, dedilər qul bazarından tutublar, çmo günündə, gətirib saldılar, meymun hər ikisinin üstünə atıldı. Hamı güldü. Onlar da yalandan güldülər.

 

***

- Bu ssukalar məscid tikirdilər. Kərpic ...işdiriblər. Şef yeddi sutka it yalıynan yedizdirir. Günüzü qaranlıq damda, gecəni burda. Aya baxırlar, özləriyçün...

Hamımızın şaqqanağı meymun atlanıb birinin çiynində oturdu. Məscidin minarəsinə baxdım. Elə hər tərəfdən görünəni oydu. Qəfəs bağlandı hər iki şef bizə yaxınlaşıb gülümsədilər. Biz tez qırağa çəkildik, onlar yenə ikilikdə - qəfəsin qırağında durub ayaqüstü danışdılar. Mən yanımdakılara üç həriflik söz demək istədim. Sonra əvəzində balıqlarını söydüm bütün balıqların fahişə olduğunu dedim. Sonra küçəyə çıxdım bir gilənarı qol-budağ elədim, bir qolunu da sındırıbYeerin dalındakı təkər yerinin üstünə taxdım. İri bir budaq. Məscidin yanından keçəndə bərk bir siqnal verdim. Gələnbaş minarə-zad görməmişdim. Bəlkə gedəndə görməzdim. Divarları minarəyə qədər hasar yerineymiş...

Nəsə, biz ikiJeep getdik...

 

 

Qoca-2

 

“...Bəzən bütün ümidlər eyvandaca ölüb-qurtarır. Eyvanı olmayanlar ümidlərini uzaqlardakı fəza boşluqlarında öldürüb-itiriblər. Bəzən, itib-getmək üçün boşluqlar da yaramır. Elə-belə, o boşluqlar, o görünən boz tutqunluqlar aydın səmalar adıyla görünən divarlar durmadan ayaq altından itib-gedən körpülərə bənzəyir. yaxşı ki, yandırmağa, geridə qoyub getməyə körpülər qalmır. Tüpürüm, sizin keçidlər uçurumlar üzərində qurduğunuz körpülərə... Az qala ölüb-gedən duyğularınızın mənə dəxli yoxdu...”

 

***

 - Çox qəzəbli yazırsınız.

 - Niyəki?

 - Belə olmur.

 - Necə?

 - Belə , belə!

 - Yəni necə?

 - Məsələni ictimailəşdirmisiniz.

 

***

 “... Metronun birinci stansiyasından qaçıram. Tunel boyu. Arxamca məni qovan qatarın arxasınca da quyular yaranır. Yer əriyib gedir. O qatar dönməyə tunel tapmayacaq. Onun mənim dalımca qaçmağının əbəsliyini maşinist distpeçer bilsəydi...”

 

***

- Tunellər var! Tunellər var... Çox yazılıb tunellər.

- Sən bu tunellərə onun maşinistlərinə bax! Yaxşı ciddi.

 

***

 “...Sən demə, eyvanda oturub-qalmaq hələ aciz adam olmaq deyilmiş. Hər zaman, hər zaman dirilmək fövqəladə bir varlıq olmaq mümkündür. Qoca, aciz mən dəri çəkələklər, cındırı çıxmış boz-səmavi köynəkdə, naxışlı həngamalara dayaqlanıb küçəyə baxıram. Mənim eyvanım hava boşluğunda elə dayanıb ki... Qürurla, şəstlə... Övladlarım yarıyıb. Onlar məni, mən onları unutmuşuq çıxıb-gedib. Bu mənada hər şey hamı üçün rahatdır...”

 

***

- Övladların dəxli?!

- Elə-belə, övladlar həmişə detaldır. Çoxlu, çoxlu çoxlu. Oynadıb buraxdığımız oyuncaq. Amma onların mahiyyəti bizim işimizdə çoxdur.

- mənada?

- Onlar yardımçıdı. Zavallı, xəbərsiz yardımçı.

- Siz bu sirri aça bilərsiz?

- Yox. 

 

 

Qoca-3

 

...uçub-gedir, uçub-gedir, uçub-gedir, uçub-gedir, uçub-gedir, uçub-gedir,