Məqsəd NUR

Birdən tək qalmaq

 

 

Copyright - Məqsəd NUR, 2001

 

Bu mətni müəllif hüquqları sahibinin razılığı olmadan kommersiya məqsədi ilə istifadə etmək icazə verilmir.

 

 

Kifli tarixçələrdən bezən oğlanlar qulaqlarını tutsunlar:  adama inanan qaqaşlar qalsın...

 

l.pərviz

 

I.

 

... Durmadan çaparaqda soruşurdum: axı sənin kilsədə işin, kimnən getmişdin: bəlkə batinində xristiansan: niyə kilsədə yıxılırdın ki: başqa bir kişi (düzünü bilin, atası!) bunu deyərdi, axı sənin filan yerdə işin: sən niyə belə elədin, sən niyə filan işi helə tutdun: özü deyəndi: nazik, uzun, qatlaqları eninə çıxmış şüllüt barmaqlarıynan üzünə sərt şillə vurardı: o da üzünü dik tutmağa çalışar, çənəsini qaldırmaq istər, amma yerindəcə səntiyib yıxılardı: bu yıxılmaq oğraş şeydi - şillələnəsən, təklənəsən, qaqaş, özün yıxılasan, biləsən: napnazik, çırpı kimi bir yerə yığılıb hələbil əl dəysən sınası nazik sümükləri əyilərdi, onu boş buraxardı başına gələrdisə sümüklərinin sıyığlığınnan gələrdi: özü danışandan özüm biləndi (sümük boşluğu qaqaş, belə şeylərdən yaranar - əsl adı amma, beyin boşluğudu: hardasa şillələrdən hürküb-hürküb beynində bir şey gizdətmək istər, o yer qapanar, qaqaş, elə qapalı qalar ki, sən böyüyüncə içi çürüyər: üstü var, içi boş durar içəridə. Büdrəsən qapağ açılar, nəsə dartasan taraz olsun, başun sənə atar, atançı başın olar, qaqaş...):  bircə soruşmağın yolunu bilsəz, qıza yaxın düşə bilsəz... sööbət o yaxınlıqdan getmir ki: düşsəz, onda, bilərsiz ki, kilsə pilləkənlərində müsəlman qızının yıxılıb qalmağı qol-qıçını qınçır qan eləməyi deməkdi: istəsən lap saçından tut-sürü, küçə görsün, lap hörüyünü sarı maşının dalına sürü, şəhər bilsin: ta o getdiyini gedib... ta mən durub bu cür qıznan neyniyəsiyəm: turtub əlindən yekə yolu keçirtdim, maşın-zad saymadım, gecə on ikiyə tərəf vızhavız yanımdan ötürlər, kim baxır, işığında hansı görür-görsün, dərdimin canı qurtarıb, dirədim onu Salyan kazarmasının divarına, qaldırdım özümə, sıxdım... yox, əstahfürüllah, bunu qoyub o birisinə keçirəm, ondan qabaq pilləkəndə durduq, bizi gözləyirdilər: darvazalar bağlansın, hərəsinin əlində darvazanın bir layı, bizə baxırdılar: baxır cəhənnəmə baxsın - söhbəti yox: söz dedilər, çıxaçıxda döndü əlini yusun, mən onu pilləkənin birinci pilləsində  gözlədim, söz dedilər: yalmandılar, pul dürtdüm, dedim, çox sağ olun, Allah sizdən razı olsun, Allah hardan razı olsun: çıxdı, onun belinə yapışdım, çənəmi çiyninə dirədim, pilləkəni qalxdıq, baxdılar, baxır cəhənnəmə baxsın, iki metr eninə pırpız döşəməli beton pilləkəndi, sağında tualet, sauna: ordan çıxmadım, qaqaş canı, solunda hündür divar, aşağıdan hələbil yerin altından qalxırsan, amma yerin altı deyil, dikdir kimidi, dikdirin altında lazımsa tikdirib-qoyub: çıxdıq, əvvəl sarıldıq, utanmadıq öpüşdük, bir xeyli yeridik, qarpız topasının yanından keçdik, sonra mən bir geri dönüb baxdım, yemiş topası da vardı, dedim, əcəb mən yemişləri görməmişəm, tək olsam, qayıdıb bir yemişlərə baxardım, əllərdim görüm yemişdimi, yerindədimi: dönmədim, bir məələ gedib tində bu yoldan yekə yolun qırağına keçdik, indi mən onu qucağıma aldım, vızhavız maşınlar keçir, işıq salır, biri lap qaqaşdığ elədi, siqnal verdi, bu qucağımdakı dedi ki, hər yerim görükür, burax: mən dedim cəhənnəmə görüksün, ya da o bunu bir neçə gün qabaq birinci dəfə qucağıma götürəndə demişdi, onda mən cəhənnəmə deməmişdim, indi ürəyimdə deyirdim cəhənnəmə... dalıüstə yerə oturdum: qucağımda başımı sığalladı, qalxıb özünü düzəltdi, təskinlik verdi (alə, beynin çönməz?), onda mən qandım ki, başqa bir qarpız topasının yanındayam, topanın dalından kimsə... həri, bir kəndçi bizə baxır, avtolavkanın içindən, qarpızlardan hündürdə oturub, qaranlığın içindən qaranlığa baxır: cəhənnəmə baxsın, sonra əlindən yapışıb yolu keçirtdim: yox, yoldan əvvəl mənOdnajdı v Amerikedən rusca dedim: “ya podskaznulsya Lapşadedim əlindən tutub yolu keçirtdim, divara dirədim, divarda oturtmaq istədim, nəyin üstündə (qaqaş ləzzət!): Özümün üstündə: sıxdım onu, sümüklərinə qədər sıxdım-buraxdım, nəsə deyirdi: içinnən gəlirdi, ya da deməyi vardı, hıçqırırdı. Deməyi vardısa da, mən ona dedim:

- Telefonum qaldı!

- Qaçaq!

Alə, beynim çönməz?!

Qaçırıq, gəldiyimiz yerə tərəf - başqa yolnan. Mən lap bərk qaçıram, o dedi qaçaq, amma guya eləbil mən demişdim. Mən onu bütün xırda-para uçurumlardan keçirirəm: uçurum deyəndə, indi belə deyirəm, yamadı: sağda beşmərtəbə, solda doqquzmərtəbə, arasıynan çala-çuxur, avqustun ortasında leysandan sonra göl-gölməçə, qumlu palçıq, yarımçıq qalmış tikililər, qazılıb atılmış lüklar, sınıb-duran dəmirlər (günüzlər uşaqlar bu dəmirin hansınasa keçib ölmürlər, sınıb dikənən varsa hamısının dilini bilirlər, ölçülərini, hündürlüyünü bilirlər, özlərini hansı yerdən hara sürtdüklərini bilirlər: bunun hamısından keçməliyəm: o mənada, qaqaş, həyat asfalt deyil, gərək nəğədə çör-çöpü adlamağı öyrənəsən, yanından keçib-getməyi biləsən...):

...ondan da qabaq biz bığlı