Məqsəd NUR

Asılqan

 

 

Copyright - Məqsəd NUR, 1997

 

Bu mətni müəllif hüquqları sahibinin razılığı olmadan kommersiya məqsədi ilə istifadə etmək icazə verilmir.

 

 

I. Vitrin

 

Üstümə transformasyon qurğu quraşdırıldı.

 

Bu dəfə yeriyən adamın beynində işləməliydik: kəllənin içində. Şüurda qeydə alınmağa macal tapmayan birbaşa kəllənin içindəki başqa bir ünvana - altşüura atlanan, sonradan da haralarasa ötürülərək itib-gedənpərdəarxası duyğuların transformasyonu baş tutmalıydı. Bax belə bir qəliz məsələ. Amma, axıra qədər təlimata qulaq asmalıydım...

Qurğunu geydim. Qurğunu mənə bərkidən oğlan azərbaycanca başa saldı ki təlimatdan çıxmamalıyam. Bu, çox vacib məsələdi. Qapalı yerlərə girməməli, şübhəli obyektlərə (adamları deyir) yaxınlaşmamalıyam.  

Baş nəzarət ofisinin seyf qapısı arxamca taqqıldadı. Kilidləndi. Hələ pilləkənləri düşüb qurtarmamış da içəridə fikirləşirdim ki, bu alçaqlara bax, isti otaqda oturub məni ekranda görəcəklər. Belə çıxır, mən marionetkayam... Qurğunu bərkidən oğlan mənə təskinlik verdi:

- Pulun artığlamasıynan çatacey, day-day...

Qurğunun işinə isti otaqdakı ekipaj nəzarət edirdi. Başıma bir hadisə gəlsə, küçədə mənimlə tutaşan olub-eləsə mərkəzdə oturanlar köməyə gəlməyəcəkdilər. Birdən ağlıma gəldi ki, bu binamuslar üstümə öyrətmə adam da sala bilər: qurama bir hal yaradıb ölüm hadisəsi-zad törədər: fürsətdə həmin məqamı qeydə alar, sonra öz agentləri yetər, apparatı alıb itər... Amma qurğunun juçokları mənim onurğama, şapkamın altından beynimin hər tərəfinə, şalvarımın içində cinsi orqanıma, qarnıma, ürəyimin yanlarına, şah damarımın üstünə bağlanmışdı. Vaxt lazımıydı ölünü soymağa. Mən onlara diri lazımam! Mənim dirimnən xeyir götürsünlər, ölümü neynirlər?

Üstümdəki qurğuya yazılan vardısa, mərkəzi apparatda da qeydə alınırdı. Ölsəm, üstümdəkini ona görə götürməliydilər ki, əşyayi-dəlil olmasın. Qərəz, məni öldürüb aradan çıxmaq hələm-hələm asan olmayacaq... Həm , sonradan mənim beynimi şifrələməliydilər...

Bir neçə ildi, əcnəbi şirkətlər bizim şəhərə axışır. Açığı, bir az acığa düşmüşəm. Onların gətirdiyi ötürücünün saxtalığını üzə çıxarmaq naminə qurğunu axıracan daşımaq həvəsindeydim. Həm pul qazanıram.

Qurğunun qulaqcıqlarını taxdım. Qəribə səslər eşidirdim. Bu səslərin arasında mərkəzi offisdəki danışıqlar mənim bədənimdən, kəlləmdən gələn uğultular vardı. Əslində, bütün saxtalıqlar (əgər belə bir şey vardısa) indi mənim bədən-ünvanıma yazılırdı. Mən uğultulardan qanırdım ki, qurğu bir duyğuyla başqasını qarışdırır, qurğu həyəcanlanır ötürmələri düzgün kodlaşdıra bilmirdi. Duyğular hüceyrələrin reaksiyasını işıq sürəti ilə geridə qoyub qabağa arxaya qaçışırdılar. Bunlar belədir: kim insan duyğusuyla oynaya bilər, o da ola, mənim üstümdəki transformasyon, zavallı qurğu... Elə dolaşığa düşürdü ki, az qala özü çaşıb qalırdı. məncə, qurğu özü könüllücə duyğuların tələsinə girib ağlına gəldi yazırdı... Qərəz, cəhənnəmə ki!

 

* * *

Onu tanıdım. Şəhərə çıxmağı mənimçün hadisə deyildi.

Vur-tut bir tablosu barədə izahata qulağ asmışdım. Əsəri sərgilənən gün boynunu büküb qalereyanın küncünə sığınmışdı. O vaxt onu öyrənmək marağım vardı. Ətrafda baş verənlər barədə fikirləşdiyini bilməliydim. Belə puç adamlar var axı: özlərini düşkün miskin aparırlar, əslində hansısa kitabdakı illüstrələri yaşamaqdan xoşlanırlar, özləri bir köpüklük olmur...

O, heç vaxt bilməzdi, bundan əvvəlki gəzintisi təxminən vaxt olub. Yediyini yadından çıxarar. Onun dünyasındakı ölçülərə görə, məişət məsələlərini yadda saxlamaq ucuz uzaq bir şərtdi. Keçmişdən isə yalnız kəsiklər xatırlana, yadda qalarsa, o kəsiklərin təəssüratları təzədən yaşana bilərdi bu yaşantı gələcəyə bağlı deyildisə, ölüdü, deməli, əsl keçmiş deyil... Bu fikir əsasən onun deyildi, onun carçılarınınkıydı. Üç cavan kişi. Carçılar sərgi salonunda onunAdsıztablosu boyunca gəzib uzun-uzadı izahat verdiklərinə haqq-zad almırdılar. Yapışmışdılar ondan, özü qalmışdı qıraqda, susurdu, guya bu nəsə bir ustadıydı-filan. Allah bilə, aralarında vardı...

Vur-tut bircə əsəri sərgilənmişdi bu əsər bütün salonu tuturdu. Uzun, qalereyanın divarlarının tən ortası boyunca, eni, çox olsa, otuz santimetr, uzunluğu gözqaraldan: rulon kağızı kimi əvvəl yerə sərirdilər, camaat yerdə bir baxırdı, sonra divarboyu qaça-qaça əsəri açıb tezcə yapışdırırdılar geri atlanıb dururdular, camaat divarda da baxırdı. Sonra özləri yaxınlaşanlara yaxınlaşırdılar sanki əsər barədə danışmırdılar, car çəkirdilər.

Əsərdə : bir nar ağacı, bir üzüm tağı pilləkənlər. Bu nar ağacının üzüm tağının budaqları bağırsaq kimiydi, üst plandan görünən həyətin içindəki pilləkənlərə sarılır, divarları deşir, o biri həyətə, o biri həyətə o biri həyətə keçir, həyətlərin divarı boyunca qaçır, hərlənir, təzədən başlanır, təzədən dəlib deşirdi. Beləcə, əsərdə eyni nar tağları eyni üzüm tağları gəzişir, hərlənib təzədən gəzişirdi...

 

* * *

Onun yaşadığı çardaqdan (orda bir neçə dəfə olmuşdum) şəhərin içalatı, bağırsağı görünürdü. Üzü qəddənmiş küçələrə təkcə onun oturduğu tualetin nəfəsliyi açılırdı. Ordan